“Biz Avropa Liqasının cari mövsümündə əla oynamışıq. Maurisio Sarrinin hücum futbolu və yüksək pressinqdən ibarət olan strategiyası çox yaxşı işlədi”.
ONA-nın məlumatına görə, bunu İngiltərənin “Çelsi” klubunun futbolçusu Pedro Rodriges deyib.
İspaniyalı legioner Avropa Liqasının mayın 29-da keçiriləcək final oyunu barədə fikirlərini açıqlayıb. O bildirib ki, “Arsenal”la London derbisində məzmunlu oyun yaşanacaq: “Kuboku başı üzərinə qaldıranda yaşanan hisslər unikaldır. Bunu sözlə ifadə etmək mümkün deyil. Belə hissləri dərk etmək üçün bir dəfə yaşamaq lazımdır. Çox sayda qol imkanları yaradırıq, rəqibin cərimə meydanına böyük qüvvə ilə yerləşirik. “Arsenal”la görüşdə açıq və baxımlı futbol olacaq. Rəqibimiz də gözəl futbol oynamağı sevir və bunu bacarır. Onlar da bizim kimi müdafiə olunmağa rəqibin cərimə meydanından başlayırlar. Buna görə də Bakıda keçiriləcək final möhtəşəm alınacaq”.