Futbol kralı Pele xəstəxanadan buraxılıb.
ONA-nın məlumatına görə, aprelin 2-də hərarəti qalxdığı üçün tibb müəssisəsinə yerləşdirilən braziliyalı əfsanə 6 gün müalicə alıb.
Fransaya gənc ulduz Killian Mbappe ilə görüş üçün gələn Pele Parisdə üzləşdiyi bu durumdan sonra yerli mütəxəssislər barədə yüksək fikirlərini gizlətməyib: “Fransada təkcə böyük futbolçular deyil, həm də gözəl həkimlər var”.
79 yaşlı cənubi amerikalı xəstəxanada olduğu müddətdə PSJ-nin şərəfini qoruyan həmyerlisi Neymar tərəfindən də ziyarət olunub.
Qeyd edək Ki, Pele üçqat dünya çempionu olan yeganə futbolçudur. O, 1958, 1962 və 1970-ci illərdə mundialın qalibi olub.