• İDMAN

    01:09 13 may 2019

Pep Qvardiola: “Bu, karyeramın ən çətin çempionluğudur”

“Liverpul”u təbrik etməli və bürün ürəkdən minnətdar olmalıyıq. Onlar bizi öz yüksək həddimizi qaldırmağa məcbur etdilər”.

ONA-nın məlumatına görə, bunu İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola deyib.

İspaniyalı mütəxəssis Premyer Liqanın son turunda qazanılan ardıcıl ikinci ölkə çempionluğuna şərh verib. O, “Brayton”la səfər matçındakı qələbə ilə xal hesabını 98-ə çatdıran mançesterlilərin “Liverpul”u cəmi bir xal arxada qoyulmasının çətinliklə əldə edildiyini bildirib: “Bu, inanılmazdır – 98 xal. Biz burun-buruna irəlilədik. Ötən mövsümdə çox yüksək standart ortaya qoymuşduq və “Liverpul” da bizə kömək etdi. Bu mövsümdə qalib adını qazanmaq üçün çempionatda ardıcıl 14 qələbə qazanmağa məcbur olduq. Hətta bir xal da itirə bilməzdik. Bu, mənim bütün karyeramın ən çətin çempionluğudur. Digərləri heç buna yaxın da düşə bilməz”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR