• İDMAN

    11:10 25 aprel 2019

Pep Qvardiola “Old Trafford”da ardıcıl 3 qələbə qazanan ilk məşqçi olub

İngiltərə Premyer Liqasının XXXI turundan təxirə salınan “Mançester Yunayted” - “Mançester Siti” oyunu rekordla əlamətdar olub.

ONA-nın məlumatına görə, “Old Trafford”da 2:0 hesabı ilə qələbə qazanan “şəhərlilər” ardıcıl üçüncü dəfə səfərdəki derbidə qalib gəliblər.

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola tarixə bunu bacaran ilk baş məşqçi kimi düşüb. İspaniyalıya qədər heç bir mütəxəssis Premyer Liqa oyunlarında ardıcıl 3 dəfə “Old Trafford”dan qələbə ilə dönməyib.

Qeyd edək ki, bu qələbədən sonra xal hesabını 89-a çatdıran “Mançester Siti” turnir cədvəlində birinci pilləyə yüksəlib.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR