• İDMAN

    14:39 23 may 2019

Pep Qvardiola “Yuventus”da ilinə 24 milyon avro qazanacaq

İtaliyanın “Yuventus” klubunun baş məşqçisi postuna gətiriləcək Pep Qvardiolanın illik qazancı və müqavilənin imzalanacağı tarix müəyyənləşib.

ONA-nın xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı mütəxəssislə 4 illik müqavilə iyunun 14-də imzalanacaq.

Cari mövsüm başa çatdıqdan sonra istefaya göndəriləcək Massimiliano Alleqrini əvəzləyəcək P.Qvardiola ildə 24 milyon avro qazanacaq. “Yuventus”un ispaniyalının çalışdırdığı İngiltərənin “Mançester Siti” klubuna ödəyəcəyi kompensasiyanın məbləği isə dəqiqləşməyib. 2 illik müqaviləsi qalan çalışdırıcının komandadan ayrılması üçün kompensasiyanın ödənilməsi də zəruridir.

Qeyd edək ki, “Mançester Siti” cari mövsüm İngiltərədə hər üç yarışda – Premyer Liqa, ölkə kuboku və Liqa kubokunda qalib olub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR