• İDMAN

    04:14 3 iyun 2019

Peşəkar boksda sensasiya: Dünya çempionu meksikalı Ruizə uduzub

Antoni Joşua peşəkar boksçu kimi ötən şənbə günü ilk dəfə olaraq ABŞ-da məğlub olub.
Ötən geçə New York-un Madison Square Garden arenasında keçən qarşılaşmada meksikalı boksçu Andi Ruiz ağır çəkidə IBF, WBO və WBA çempionu titullarının sahibi Antoni Joşuanı məğlub edərək ağırçəkili boks tarixində ən böyük sensasiyalardan birinə imza atmış olub.

ONA xarici KİV-ə istinadla xəbər verir ki, Antoni Joşuanın Andi Ruiz ilə döyüşü yeddi daund davam edib.

Əvvəlcə Joshua üçüncü radundda Ruizi noqdauna göndərib, lakin bundan sonra meksikalı boksçu özündə güc taparaq Antoni Joşuanı dörd dəfə noqdauna göndərib.

Nəticədə, yeddinci raundda döyüş dayandırılıb və meksikalı bokçu qalib elan olunub.

Beləliklə, Antoni Joşua peşəkar karyerasında ilk dəfə olaraq məğlubiyyətə uğrayıb.

Oyundan qabaq bukmekerlər britaniyalı Antoni Joşuanın meksikalı Andi Ruizə qalib gələcəyini 25:1 nisbəti ilə proqnozlaşdırırdılar.

Məğlubiyətindən sonra 29 yaşlı Joshua deyib: "Mən yaxşı döyüşçüyə uduzdum".

"O çempion oldu, mən isə çempionluğumu qaytarmalıyam", - britaniyalı boksçu əlavə edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR