• İDMAN

    12:08 10 may 2019

PFL bəyanat yayıb: “Təhqiredici hərəkətlərə yol verən şəxslər hüquqi müstəvidə cəzalandırılacaq”

Peşəkar Futbol Liqası (PFL) bəyanat yayıb.

ONA-nın məlumatına görə, Azərbaycan futbolunun keçirilməsinə cavabdeh qurum Topaz Premyer Liqasının mayın 11-də keçiriləcək sonuncu turunun “Neftçi” – “Qarabağ” oyunu ilə bağlı gedən xoşagəlməz müzakirələrə reaksiya verib.

Bəyanatda bildirilir ki, son günlər sosial şəbəkələrdə bu matçla bağlı xoşagəlməz müzakirələr edilməkdədir: “Ölkə çempionatının keçirilməsinə cavabdeh olan Peşəkar Futbol Liqası bəyan edir ki, görüşdən əvvəl və ya sonra, oyun ərzində ictimai asayişi pozan, təhrikedici və təhqiredici hərəkətlərə yol verən şəxslər hüquqi müstəvidə cəzalandırılacaq. Oyuna gələn şəxslər stadion turniketlərində polislər tərəfindən yoxlanılacaq. Stadiona hər hansı qanunazidd əşyalar, təhqiredici və qıcıq yaradacaq pankartlar, plastik qablar, alışqan keçirtmək qadağandır və qeyd olunanlar polislər tərəfindən alınacaq. Bu kimi halları nəzərə alan Peşəkar Futbol Liqası oyuna ən azı 2 saat öncədən gəlməyinizi, diqqətli olmağınızı, rəqib azarkeşlərə hörmət etməyinizi xahiş edir.
Qarşıda “Neftçi” və “Qarabağ”ı, eləcə də digər komandalarımızı avrokuboklarda ciddi sınaqlar gözləyir. Azarkeşlərimiz məhz bu gündən bir olub, komandalarımızı beynəlxalq miqyasda dəstəkləməlidirlər. Biz nəyə qadir olduğumuzu bir yumruq kimi Avropa meydanlarında göstərməliyik”.

Qeyd edək ki, “Bakcell Arena”da keçirilək görüş zamanı oruc tutan şəxslər üçün “Neftçi” tərəfindən xüsusi yerlər hazırlanacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR