“Mənim üçün danışmaq hələ də çətindir. Emosiyalarım möhtəşəmdir, futbola təşəkkür edirəm”.
ONA-nın məlumatına görə, bunu İngiltərənin “Tottenhem” klubunun baş məşqçisi Maurisio Poçettino deyib.
O, Çempionlar Liqasının yarımfinal mərhələsinin “Ayaks”la Hollandiyadakı cavab oyununa şərh verib: “Mənim futbolçularım qəhrəmanlardır. Mən bunu hələ ötən il deyirdim. Oyunun ikinci hissəsində onlar inanılmaz futbol göstərdilər. Futbola minnətdaram. Çünki belə emosiyaları başqa harada isə yaşamaq mümkün deyil. Bizə inanan hər kəsə təşəkkür edirəm. Hisslərimi sözlə ifadə etmək çətindir. Biz göstərdik ki, idmanı və futbolu sevirik. Bu gün bizdə hər şey sadəcə möhtəşəm idi. Matçı izləmək xoş idi. Belə yüksək səviyyədə mübarizə aparmaq çətindir. Bu komandanın məşqçisi olmaq xoşdur. “Tottenhem”in bütün oyunçuları qəhrəmandır, amma Lukas Moura superqəhrəmandır”.
Qeyd edək ki, İngiltərədəki ilk oyunda 0:1 hesabı ilə uduzan “Tottenhem” cavab matçının birinci hissəsində daha iki qol buraxsa da, fasiləsən sonra üç dəfə fərqlənərək, 3:2 hesablı qələbə ilə finala yüksəlib.