Pol Poqba “Real”la anlaşıb
  • İDMAN

  • 14:27 27 Aprel 2019

Pol Poqba “Real”la anlaşıb

Fransa millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba karyerasının İspaniyada davam etdirməyə yaxındır.

ONA-nın “As” qəzetinə istinadən məlumatına görə, fransalı yarımmüdafiəçi Madridin “Real” klubu ilə anlaşıb.

26 yaşlı futbolçu şəxsi müqaviləsinin bütün detallarını razılaşdırıb. Onun keçidi gerçəkləşsə, P.Poqba ildə 12 milyon avro qazanacaq. Bu, yarımmüdafiəçinin “Mançester Yunayted”də qazandığından 2 milyon avro çoxdur.

Lakin bu keçidin reallaşması üçün iki klub arasında razılıq da əldə olunmalıdır. Futbolçu transferin tez gerçəkləşməsini və mövsüm öncəsi hazırlıqlara qatılmasını istəyir.

Qeyd edək ki, P.Poqbanın mançesterlilərlə müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub.

Vüqar Xeyrullayev

Teqlər: Pol Poqba Real bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR