Pol Poqba transferi üçün “Real”a şərt qoyub
  • İDMAN

  • 17:19 27 Mart 2019

Pol Poqba transferi üçün “Real”a şərt qoyub

Fransa milli komandasının futbolçusu Pol Poqbanın İspaniyanın “Real” klubu qarşısında qoyduğu şərt məlum olub.

ONA-nın məlumatına görə, İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən yarımmüdafiəçi yüksək maaş tələbini irəli sürüb.

P.Poqbanın agenti Mino Rayola yarımmüdafiəçinin transferində maraqlı olan “Real” rəhbərliyinə bildirib ki, futbolçu ildə 16 milyon avro qazanmaq istəyir. Hərçənd fransalı indi 10 milyon avro qazanır.

İspaniya klubu onun şərti ilə razılaşsa, P.Poqba madridlilərin ən ödənişli oyunçusu olacaq. İndi “Real”ın ən çox qazanan futbolçusu Qaret Beyldir. Uelslinin illik qazancı 14 milyon avrodan çoxdur.

Vüqar Xeyrullayev

Teqlər: Poqba Real transfer

OXŞAR XƏBƏRLƏR