• İDMAN

    09:47 15 mart 2019

Pol Skoulz 31 gündən sonra istefa verib

İngiltərənin IV liqasında mübarizə aparan “Oldhem”in baş məşqçisi Pol Skoulz istefa verib. ONA-nın məlumatına görə, məşhur futbolçu postunda cəmi 1 ay duruş gətirə bilib.

Belə ki, “Mançester Yunayted”in U-23 komandasını “Oldhem”ə dəyişən 44 yaşlı mütəxəssis yeni klubunu çətin vəziyyətdən çıxara bilmədiyini görüb bu addımı atıb. O, 31 gündə IV liqa təmsilçisinə 7 matçda cəmi 1 qələbə qazandırıb.

Qeyd edək ki, “Oldhem” 37 turdan sonra 48 xalla 14-cü yerdədir.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR