Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, yığmamız DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Portuqaliyanın qonağı olacaq.
Turindəki “Yuventus” stadionunda baş tutacaq qarşılaşma öncəsi hər iki komandanın heyəti açıqlanıb. Millimizin baş məşqçisi Canni de Byazi və onun həmkarı Fernando Santos start heyəti və ehtiyat oyunçuları müəyyənləşdirib.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23:45-da başlayacaq.
DÇ-2022-nin seçmə mərhələsi
A qrupu, I tur
24 mart
23:45. Portuqaliya – Azərbaycan
Baş hakim: Daniel Siebert (Almaniya)
Portuqaliya: 12. Antoni Lopes, 3. Dominqos Duarte, 4. Ruben Dias, 20. Joao Kanselo, 5. Nuno Mendeş, 19. Pedro Neto, 8. Joao Moutinyo, 10. Bernardo Silva, 18. Ruben Neves, 7. Kriştianu Ronaldo (k), 9. Andre Silva
Ehtiyat oyunçular: 1. Joze Sa, 22. Rui Silva, 2. Luiş Neto, 6. Joze Fonte, 11. Bruno Fernandes, 13. Joao Palinya, 14. Serxio Oliveyra, 15. Rafa Silva, 16. Renato Sançes, 17. Dioqo Jota, 21. Sedrik Soareş, 23. Joao Feliks
Baş məşqçi: Fernando Santos
Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 15. Bədavi Hüseynov, 14. Elvin Bədəlov, 18. Anton Krivotsyuk, 5. Maksim Medvedev (k), 3. Azər Salahlı, 13. Abbas Hüseynov, 6. Vüqar Mustafayev, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 9. Əli Qurbani
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 2. Sərtan Taşkın, 4. Bəhlul Mustafazadə, 7. Anatoli Nuriyev, 11. Ramil Şeydayev, 16. Aleksey İsayev, 17. Elvin Cəfərquliyev, 19. Təmkin Xəlilzadə, 20. İsmayil İbrahimli, 21. Namik Ələskərov, 22. Amil Yunanov
Baş məşqçi: Canni de Byazi
Turin. “Yuventus” stadionu