• İDMAN

    14:54 28 mart 2019

Premyer Liqanın yayımı 4,73 milyard avroya satılacaq

İngiltərə Premyer Liqasının ölkə xaricindəki yayımı ilə bağlı yeni müqavilə imzalanacaq.

ONA-nın məlumatına görə, anlaşmanın məbləği 4,73 milyard avro təşkil edəcək.

Bu rəqəm hazırkı müqavilə ilə müqayisədə 25 faiz çoxdur. Yeni anlaşma 2022-ci ilə qədər nəzərdə tutulub.

İngiltərə Premyer Liqası tarixində ilk dəfə klublar arasında qeyri-bərabər bölünəcək. Top-klublar digərləri ilə müqayisədə teleyayımdan daha çox qazanacaq. Bu fərqin 87,5 milyon avro olacağı gözlənilir. Premyer Liqanın çempionu isə əlavə 29 milyon avro əldə edəcək.

Qeyd edək ki, hazırda Premyer Liqanın hər bir iştirakçısı oyunların ölkə xaricindəki yayımına görə ildə 47,5 milyon avro alır.

Vüqar Xeyrullayev

Tahir

Teqlər:

SON XƏBƏRLƏR