• İDMAN

    13:21 3 mart 2019

Prezident İlham Əliyev “Bakı 2019: Ulduzlar Finalı”nı izləyib - YENİLƏNİB

Prezident İlham Əliyev “Bakı 2019: Ulduzlar Finalı”nı izləyib

Bakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində martın 3-də paytaxtın mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma keçirilib.

ONA-nın məlumatına görə, Prezident İlham Əliyev, qızı Leyla Əliyeva qarşılaşmaya baxıblar.

“Bakı 2019: Ulduzlar Finalı”nda “Qərb Ulduzları” və “Şərq Ulduzları” komandaları qarşılaşıblar.

Oyunda məşhur futbolçular Yeju Dudek, Maykl Essien, Anderson Luis de Souza (Deku), Hamit Altıntop, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, eləcə də yerli veteran futbolçulardan Vəli Qasımov, Nazim Süleymanov iştirak ediblər. Bundan başqa, Regionlar Liqasından Şöhrət Rəhimov, müsabiqə əsasında seçilmiş gənc futbolçular Zaman Zahirzadə, Məhəmməd Tanrıverdiyev və “İntellektual Kubok”un qalibi olan İTV komandasının kapitanı Tural Dadaşov da oyunda iştirak ediblər.

Əvvəlcə Prezident İlham Əliyev oyunda iştirak edən futbolçularla görüşüb.

UEFA Avropa Liqasının kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilib.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra oyun başlayıb.

Sonra Prezident İlham Əliyev oyunu izləyən azarkeşlər və uşaqlarla görüşdü, xatirə şəkilləri çəkdirib.

***

12.15

Bu gün Bakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində paytaxtın mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “Bakı 2019: Ulduzlar Finalı” adlı qarşılaşma keçirilir.

ONA-nın məlumatına görə, Prezident İlham Əliyev, qızı Leyla Əliyeva qarşılaşmaya baxırlar.

“Bakı 2019: Ulduzlar Finalı”nda məşhur futbolçular Yeju Dudek, Maykl Essien, Anderson Luis de Souza (Deku), Hamit Altıntop, Zaman Zahirzadə və Tural Dadaşovdan ibarət “Qərb ulduzları” komandası Şöhrət Qasımov, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, Vəli Qasımov, Nazim Süleymanov, Məhəmməd Tanrıverdiyevdən ibarət “Şərq ulduzları” komandası ilə qarşılaşır.

Əvvəlcə Prezident İlham Əliyev oyunda iştirak edən futbolçularla görüşüb.

UEFA Avropa Liqasının kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilib.

Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra oyun başlayıb.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR