Hollandiyanın “Ayaks” klubunun futbolçusu Donni Van De Bek karyerasını Fransada davam etdirməyə yaxındır.
ONA-nın məlumatına görə, PSJ klubu yarımmüdafiəçinin transferi üçün Amsterdam təmsilçisinə təklif göndərməyə hazırlaşır.
Parislilər 22 yaşlı hollandiyalı üçün 50 milyon avro ödəmək istəyir. Fransa təmsilçisi D.Van De Beki sıralarında görmək istəyən İtaliya klubları “Milan”la “İnter”i qabaqlamaq niyyətindədir.
Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin “Tottenhem”lə səfərdəki ilk oyununda (1:0) “Ayaks”ın qələbə qolunu D.Van De Bek vurub.