Fransanın PSJ klubu futbolçusu Edinson Kavani ilə müqaviləni uzadacaq.
APA-nın məlumatına görə, parislilər Uruqvay milli komandasının hücumçusunu heyətində saxlamağa qərar verib.
Klub rəhbərliyi artıq E.Kavaniyə yeni müqavilə ilə bağlı şifahi təklif edib. Paytaxt təmsilçisi hücumçu ilə əməkdaşlığı daha bir il uzatmaq istəyir.
Qeyd edək ki, E.Kavani 2013-cü ildə İtaliya “Napoli”sindən PSJ-yə keçib.