Fransa Liqa1-in lideri PSJ XXXII turda “Lill”ə 1:5 hesabı ilə uduzub.
ONA-nın məlumatına görə, bu, Paris klubunun XXI əsrdə ölkə çempionatında aldığı ən ağır məğlubiyyətdir.
Belə ki, Tomas Tuxelin baş məşqçisi olduğu komanda Liqa1-də dörd və ya daha artıq top fərqi ilə son məğlubiyyətini 19 il əvvəl alıb. Bu, 2000-ci il dekabrın 2-nə təsadüf edib. Həmin vaxt paytaxt təmsilçisini “Sedan” 5:1 hesabı ilə yenib. Hazırda bu komanda Fransanın IV liqasında çıxış edir.
Qeyd edək ki, PSJ çempionluğu rəsmiləşdirmək üçün “Lill” ə oyunda bir xal qazanmalı idi.