• İDMAN

    04:12 1 sentyabr 2020

PSJ-nin 2 futbolçusu koronavirusa yoluxdu

PSJ-nin iki futbolçusu koronavirus infeksiyasına yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, futbolçulardan ikisinin testinin nəticəsi pozitiv çıxıb. Həmin şəxslərin adları açıqlanmasa da, "L'Equipe" nəşri onların yarımmüdafiəçilər Anxel Di Mariya və Leandro Paredes olduğunu iddia edib. Hər iki futbolçu İbiza adasındakı tətilini yarımçıq qoyaraq Parisə qayıdıb.

Komandanın digər oyunçuları Mauro İkardi, Neymar, Ander Errera və Keylor Navas da adada istirahət edirlər. İkardinin də virusa yoluxmaq şübhəsinin olduğu vurğulanır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR