Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xəlaifi Bakıya gəlib.
ONA-nın məlumatına görə, qətərli rəhbərin səfərində əsas məqsəd UEFA-nın İcraiyyə Komitəsinin bugünkü iclasında iştirak etməkdir.
Bu ilin fevralından quruma üzvü olan klub prezidenti komitədə Avropa Klublar Assosiasiyasını təmsil edir. O, bu gün “Hilton” otelində təşkil olunacaq iclasa qatılaq. N.Əl-Xəlaifinin Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final matçını da izləyəcəyi gözlənilir.