Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib.
ONA-nın məlumatına görə, komandanın “sükanı arxası”na italiyalı Covanni Kaprara keçib.
Belə ki, Avropa Liqasında yığmamıza Faiq Qarayevin rəhbərlik edəcəyi sifariş edilsə də, sonradan bu qərar dəyişdirilib. Bu üzdən də təcrübəli mütəxəssisin milliyə növbəti qayıdışı gerçəkləşməyib.
2006-cı ildə Rusiya yığması ilə dünya çempionu titulu qazandıran C.Kaprara yenidən milli məşqçisi kimi çalışacaq. 57 yaşlı mütəxəssis ölkəmizdə köməkçisi Marçello Sarvellono ilə birlikdə işləyəcək.
Onun qarşısına əsas vəzifə kimi Olimpiya təsnifat mərhələsində inamlı çıxış və Tokio-2020-yə vəsiqə qazanmaq qoyulub. Müqavilə isə bugünlərdə rəsmiləşəcək.
Qeyd edək ki, C.Kaprara “Foppapedretti”, “Kalabriya”, “Spezzano”, “Peruca”, “Pyaçentsa”, “Novara”, “Villa Korteze”, “Əczaçıbaşı”, “Kasalmaggiore”, “San Kassione” klublarında, həmçinin Rusiya və Yunanıstan yığmalarında baş məşqçi kimi çalışıb.