• İDMAN

    23:09 25 aprel 2019

“Qalatasaray” 23-cü dəfə Türkiyə kubokunun finalına yüksəlib

Türkiyə kubokunda yarımfinal mərhələsi başa çatıb.

ONA-nın məlumatına görə, cavab oyunları çərçivəsində son qarşılaşma Malatyada keçirilib.

“Qalatasaray” səfərdə “Yeni Malatyaspor”un qonağı olub. Rəqibini 4:1 hesabı ilə darmadağın edən İstanbul təmsilçisi finala yüksəlib.

“Sarı-qırmızılar” Türkiyə kubokunun tarixində 23-cü dəfə həlledici görüşdə oynayacaq. İndiyədək 17 dəfə kuboku başı üzərinə qaldıran “Qalatasaray” son 5 mövsümdə üç dəfə - 2013/14, 2014/15 və 2015/16 mövsümlərində yarışın qalibi olub. İstanbul nəhəngi həm finaldakı iştirak, həm də qazanılan titul sayında Türkiyə rekordçusudur.

Qeyd edək ki, mayın 16-da Sivasda keçiriləcək finalda “Qalatasaray” “Akhisar”la üz-üzə gələcək.

Türkiyə kuboku
Yarımfinal, cavab oyunu
25 aprel
“Yeni Malatyaspor” – “Qalatasaray” – 2:5

Aleksiç, 45 (pen.), Mina, 89 – Linnes, 5, Fequli, 39, Onyekuru, 58, 74, Mitroqlu, 85
İlk oyun – 0:0

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR