• İDMAN

    15:17 16 may 2019

“Qalatasaray” - “Başakşəhər” oyununu Cüneyt Çakır idarə edəcək

Türkiyə Superliqasının XXXIII turunun hakim təyinatları açıqlanıb.

ONA-nın məlumatına görə, çempionluq uğrunda mübarizə aparan “Qalatasaray” və “Başakşəhər” arasında matç Cüneyt Çakıra tapşırılıb.

O, mayın 19-da baş tutacaq qarşılaşmada baş hakim olacaq. Görüş “Türk Telekom Arena”da keçiriləcək.

Qeyd edək ki, hər iki komandanın 32 turdan sonra 66 xalı var.

ONA

Teqlər:

SON XƏBƏRLƏR