• İDMAN

    13:22 24 mart 2019

“Qalatasaray” klubunda növbədənkənar seçkilər keçiriləcək

Türkiyənin “Qalatasaray” klubunun konfransı gözlənilməz nəticə ilə yekunlaşıb.

ONA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, dünən keçirilən konfransda “Qalatasaray” prezidenti Mustafa Cengizin maliyyə hesabatı qəbul edilsə də, idarəetmə ilə əlaqədar hesabatı qəbul edilməyib.

Konfransda 331 klub üzvü hesabatın lehinə, 358 nəfər isə əleyhinə səs verib. M. Cengizin əleyhinə əsasən Qalatasaray Liseyinin məzunları olmuş qrup səs verib.

“Qalatasaray”ın Nizamnaməsinə görə, bu halda klub rəhbərliyi 30 gün ərzində növbədənkənar seçkilərlə əlaqədar qərar qəbul etməlidir. Ancaq növbədənkənar seçkilərdə M. Cengiz klub prezidentliyinə namizəd ola bilməz. Nizamnaməyə əsasən, idarəetmə hesabatı qəbul edilməyən şəxsin yalnız bir dönəm sonra prezidentliyə namizədliyi irəli sürülə bilər.

Ancaq M. Cengiz məhkəməyə müraciət də edə bilər. Məsələ ondadır ki, Adnan Polat dönəmində də belə bir hal yaşanıb. Məhkəmə isə maliyyə hesabatının qəbul edildiyi halda idarəetmə hesabatının qəbul edilməməsini əsassız sayıb və A. Polat klubun prezidenti postunda qalıb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR