• İDMAN

    00:05 25 may 2019

"Qalatasaray" mövsümə məğlubiyyətlə, "Beşiktaş" qələbə ilə yekun vurub - VİDEO

Türkiyə Super Liqasında mövsümün sonuncu turuna start verilib.

ONA-nın məlumatına görə, XXXIV turun ilk günündə 4 qarşılaşma keçirilib.

Gümüş mükafatçı “Başakşəhər” öz meydanında “Alanyaspor”la heç-heçə edib – 1:1. Digər üç qarşılaşma isə məhsuldar alınıb.

Çempion adını ötən tur qazanan “Qalatasaray” yeddi qolun vurulduğu görüşdə “Sivasspor”a uduzub – 3:4. Bürünc medal uğrunda mübarizə aparan “Beşiktaş”la “Trabzonspor” eyni – 3:2 hesablı qələbə qazanıb. Onlar müvafiq olaraq, “Kasimpaşa”yla ev, “Rizəspor”la səfər görüşlərində seviniblər. Nəticədə "qara qartallar" da mövqeyini qoruyaraq, mövsümü üçüncü yerdə bitiriblər.

Qeyd edək ki, Super Liqada sonuncu turun digər oyunları mayın 25-26-da keçiriləcək.

Türkiyə Super Liqası
XXXIV tur
24 may
“Başakşəhər” – “Alanyaspor” – 1:1

Ceylan, 6 (avtoqol) – Fernandes, 16
“Beşiktaş” – “Kasimpaşa” – 3:2
Yalçın, 10, 44, 45 – Hayratinoviç, 13, Kolta, 67
“Rizəspor” – “Trabzonspor” – 2:3
Boldin, 16, Muriqi, 65 – Rodalyeqa, 20, Melnyak, 24 (avtoqol), Omur, 43
“Sivasspor” – “Qalatasaray” – 4:3
Ribalka, 43, 77, Arslan, 45, Kone, 79 – Linness, 2, Çelik, 34, 82

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qalatasaray

34

20

9

5

72:36

69

2

Başakşəhər

34

19

10

5

49:22

67

3

Beşiktaş

34

19

8

7

72:46

65

4

Trabzonspor

34

18

9

7

64:46

63

5

Yeni Malatyaspor

33

13

8

12

46:44

47

6

Antalyaspor

33

13

6

14

38:52

45

7

Alanyaspor

34

12

8

14

37:43

44

8

Konyaspor

33

9

16

8

40:38

43

9

Fənərbaxça

33

10

13

10

41:41

43

10

Rizəspor

34

9

14

11

48:50

41

11

Sivasspor

34

10

11

13

49:54

41

12

Kayserispor

33

10

11

12

35:48

41

13

Ankaragücü

33

11

7

15

37:51

40

14

Kasımpaşa

34

11

6

17

53:62

39

15

Göztəpə

33

10

5

18

35:41

35

16

Bursaspor

33

6

16

11

26:36

34

17

Ərzurumspor

33

7

11

15

34:43

32

18

Akhisar

33

6

8

19

33:54

26

ONA

Teqlər:

SON XƏBƏRLƏR