Türkiyənin “Qalatasaray” klubu norveçli futbolçusu Martin Linneslə müqaviləni yeniləyib.
ONA-nın məlumatına görə, 28 yaşlı sağ cinah müdafiəçisi qarşıdakı 2 ildə də İstanbul təmsilçisinin formasını geyinəcək.
O, artıq rəsmi müqaviləyə imza atıb. M. Linnes yeni razılaşmaya əsasən ilinə 1,4 milyon avro qazanacaq.
Qeyd edək ki, norveçli 2016-cı ildən “Qalatasaray”da çıxış edir.