• İDMAN

    02:02 22 fevral 2019

[b]“Qalatasaray” və “Fənərbaxça” Avropa Liqasında mübarizəni dayandırıblar[/b]

UEFA Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub. ONA-nın məlumatına görə, cavab oyunları çərçivəsində 15 qarşılaşma baş tutub.

Türkiyənin “Qalatasaray” və “Fənərbaxça” klubları mübarizəni bu mərhələdə dayandırıb. Sonuncular Rusiyada “Zenit”lə qarşılaşıb. 1:3 hesabı ilə uduzan İstanbul təmsilçisi ilk matçda əldə etdiyi minimal üstünlüyü əldən verib.

“Qalatasaray” isə Portuqaliyada “Benfika” ilə qolsuz heç-heçə edib. Öz meydanındakı ilk görüşdə 1:2 hesabı ilə uduzan “sarı-qırmızılar” 1/8 finala adlaya bilməyiblər.

İngiltərənin “Çelsi” və “Arsenal”, Almaniyanın “Ayntraxt”, İtaliyanın “İnter”, Avstriyanın “Zalsburq”, Xorvatiyanın “Dinamo” klubları böyükhesablı qələbə ilə növbəti mərhələyə adlayıblar. Ukrayna “Dinamo”su, İtaliya “Napoli”si və İspaniya “Valensiya”sı evdə keçirdiyi cavab oyununda qalib gələrək 1/8 finala yüksəliblər.

Çexiya “Slaviya”sı ilə Fransa “Renn”i bu vəsiqəni səfərdə əldə etməyə nail olublar. Hər iki komanda evdəki heç-heçədən sonra rəqib meydanında qalib gəlib.

Rusiya “Krasnodar”ı Almaniyada “Bayer”lə heç-heçə etsə də, səfər qolu ilə Bundesliqa təmsilçisini mübarizədən kənarlaşdırıb. “Vilyarreal”la “Sportinq”in görüşündə də eyni hesab qeydə alınsa da, ispaniyalıların Portuqaliyadakı ilk qarşılaşmada qazandığı qələbə cütün qalibini müəyyənləşdirib.

Qeyd edək ki, püşkatması bu gün keçiriləcək 1/8 final mərhələsinə ilk vəsiqəni İtaliya “Latsio”sunu mübarizədən kənarlaşdıran İspaniya “Sevilya”sı yiyələnib.


Avropa Liqası

1/16 final

Cavab oyunlar

21 fevral

“Vilyarreal” (İspaniya) - “Sportinq” (Portuqaliya) – 1:1

Fonals, 80 - Fernandes, 45+1

İlk oyun - 1:0
“Napoli” (İtaliya) - “Sürix” (İsveçrə) – 2:0

Verdi, 43, Unas, 75

İlk oyun - 3:1
“Ayntraxt” (Almaniya) - “Şaxtyor” (Ukrayna) – 4:1

Yoviç, 23, Haller, 26, 80, Rebiç, 88 - Moraeş, 64

İlk oyun - 2:2
“Dinamo” (Xorvatiya) - “Viktoriya” (Çexiya) – 3:0

Orsiç, 15, Dilavər, 34, Petkoviç, 73

İlk oyun - 1:2
“Zalsburq” (Avstriya) - “Brügge” (Belçika) – 4:0

Şlager, 17, Daka, 29, 43, Dabbur, 90+4

İlk oyun - 1:2
“Valensiya” (İspaniya) - “Seltik” (Şotlandiya) – 1:0

Qameyro, 70

İlk oyun - 2:0
“Arsenal” (İngiltərə) - BATE (Belarus) – 3:0

Volkov, 4 (avtoqol), Mustafi, 39, Sokratis, 60

İlk oyun - 0:1
“Zenit” (Rusiya) - “Fənərbaxça” (Türkiyə) – 3:1

Ozdoyev, 4, Azmun, 37, 76 - Topal, 43

İlk oyun – 0:1

“Çelsi” (İngiltərə) - “Malmö” (İsveç) – 3:0

Jiru, 55, Barkli, 74, Hadson, 84

İlk oyun - 2:1

“Bayer” (Almaniya) - “Krasnodar” (Rusiya) – 1:1

Aranquiz, 87 - Süleymanov, 84

İlk oyun – 0:0

“Benfika” (Portuqaliya) - “Qalatasaray” (Türkiyə) – 0:0

İlk oyun - 2:1
“İnter” (İtaliya) –“Rapid” (Avstriya) – 4:0

Veçino, 11, Ranokkia, 18, Perisiç, 80, Politano, 87

İlk oyun - 1:0
“Betis” (İspaniya) - “Renn” (Fransa) – 1:3

Lo Selso, 41 - Bensebaini, 22, Hunu, 30, Nianq, 90+4

İlk oyun - 3:3
“Genk” (Belçika) - “Slaviya” (Çexiya) – 1:4

Trosard, 10 - Kufal, 23, Traore, 54, Şkoda, 64, 69

İlk oyun - 0:0

“Dinamo” (Ukrayna) - “Olimpiakos” (Yunanıstan) – 1:0

Sol, 32

İlk oyun - 2:2

Tahir

Teqlər:

SON XƏBƏRLƏR