Futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsinə start verilib.
ONA-nın məlumatına görə, ilk oyun günündə “Qalatasaray” “Yeni Malatyaspor”u qəbul edib.
Matçda ev sahibləri favorit hesab edilsələr də, rəqib onların qələbə qazanmasına imkan verməyib. Oyun 0:0 hesabı ilə başa çatıb.
Komandalar arasında cavab görüşü aprelin 25-də olacaq.
Türkiyə kuboku
Yarımfinal, ilk oyun
2 aprel
“Qalatasaray” – “Yeni Malatyaspor” – 0:0
Qeyd edək ki, digər yarımfinal cütündə “Ümraniyəspor”la “Akhisar” qarşılaşacaq.