• İDMAN

    14:38 23 aprel 2019

“Qalatasaray”ın əfsanəsi “Antalyaspor”da qeyri-adi rekord müəyyənləşdirib

“Qalatasaray”ın əfsanəsi Bülənt Korkmaz qeyr-adi rekordla diqqət mərkəzinə düşüb.

ONA-nın məlumatına görə, o, son 6 ildə “Antalyaspor”un baş məşqçisi postunda ən çox duruş gətirən mütəxəssis olub.

Söhbət çalışdırıcıların komandanı eyni mövsümdə çıxardığı görüş sayından gedir. B. Korkmaz da “Antalyaspor”u 29-cu matça çıxarmaqla, Rıza Çalımbayın 28 oyunluq rekordunu arxada qoyub.

Komanda “Böyük kapitan”ın rəhbərliyi altında çıxdığı qarşılaşmalarda 12 qələbə qazanıb, 5 heç-heçə edib və 12 məğlubiyyətə üzülüb.

Qeyd edək ki, 2008-2013-cü illərdə komandanı çalışdıran Mehmet Özdiləkdən sonra onun postunu tutan Samet Aybaba, Fuad Çapa, Engin Korukir, Hami Mandıralı, Yusuf Şimşək, Joze Morais, Rza Çalımbay, Leonardo Araujo və Həmzə Həmzəoğlu heç biri B. Korkmaz qədər vəzifəsində qalmayıb.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR