Türkiyə Super Liqasının XXXII turunun “Rizəspor”la matçında zədələnən “Qalatasaray” klubunun futbolçusu Emre Akbabanın yaşıl meydanlara qayıdacağı vaxt müəyyənləşib.
ONA-nın məlumatına görə, ikinci hissənin gedişində ayağı qırıldığı üçün meydanı tərk edən və dərhal xəstəxanaya aparılan futbolçunun durumu kifayət qədər ağır olub.
Ayağında üç qırıq aşkarlanan Emre əməliyyata məruz qalıb. Bundan sonra ən yaxşı halda bir ildən sonra yaşıl meydanlara qayıdacağı bəlli olub.
Bu isə o deməkdir ki, futbolçu 2018/19 mövsümünün sonluğu ilə yanaşı, 2019/20 mövsümünü də buraxacaq.
Qeyd edək ki, 2018-ci ilin yayında 4 milyon avroya transfer olunan Emre Akbaba mövsümün 22 oyununda üç qol vurub.