• İDMAN

    22:19 11 may 2019

"Qalatasaray"ın futbolçusunun ayağı qırılıb

“Qalatasaray”ın futbolçusu Emre Akbaba zədələnib.

ONA-nın məlumatına görə, futbolçu Super Liqanın XXXII turunun “Rizəspor”la səfər matçına xəsarət alaraq meydanı tərk edib.

Matçın 61-ci dəqiqəsində komanda yoldaşı Rayan Donku əvəzləyən Emre Akbaba cəmi 9 dəqiqə meydanda olub. O, 70-ci dəqiqədə Brayan Samudio ikili mübarizə zamanı yerdə qalıb. Futbolçunun durumuna tibbi müayinədən sonra tam aydınlıq gələcək. Lakin “Qalatasaray”ın məşqçisi Hasan Şaş onun zədəsinin ağır olduğunu da açıqlayıb. Çalışdırıcı bildirib ki, futbolçunun sağ ayağının sümüyündə qırıq var. Bu üzdən də futbolçu təcili tibbi yardım maşını ilə dərhal xəstəxanaya aparılıb. Matçın hakimi Serkan Çinar VAR-a baxaraq B.Samudioya qırmızı vərəqə verib.

Qeyd edək ki, bu, Emrenin mövsüm ərzində ikinci ağır zədəsidir. O, VII turun “Ərzurumspor”la matçında xəsarət aldıqdan sonra 4-5 ay meydanlardan kənar qalmışdı.

ONA

Teqlər:

SON XƏBƏRLƏR