• İDMAN

    18:34 7 iyun 2019

Qara Qarayev: “Məğlub olsaq belə, buna bəhanə gətirmək fikrimiz yoxdur”

“Macarıstanla matç bizim üçün çox əhəmiyyətlidir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Qara Qarayev deyib.

Təcrübəli yarımmüdafiəçi bu gün baş tutan mətbuat konfransında AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində sabah Macarıstanla keçiriləcək oyun barədə fikirlərini açıqlayıb.

O bildirib ki, rəqibin hansı gücdə olduğunu bilirlər: “Xorvatiyanı məğlub etməsi Macarıstanın səviyyəsini göstərir. Komanda olaraq oyuna hazırıq. Azarkeşlərimizin önündə yaxşı nəticə qazanmaq istəyirik. Evdə oynamaq amilindən də yararlanıb, əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq”.

Q.Qarayev nəticə ilə bağlı neqativ fikirdə olmadığını da deyib: “AFFA təlim-məşq toplanışı üçün hər cür şərait yaradıb. Neqativ düşünmək istəmirik. Amma bütün nəticələr mümkündür. Məğlub olsaq belə, buna bəhanə gətirmək fikrimiz yoxdur. Uduzsaq, deməli, hansısa çatışmazlığımız var. Qalib gəlsək, yenə çatışmayan cəhətləri axtarıb tapacağıq. Şikayətlənmək üçün heç əsasımız yoxdur. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR