• İDMAN

    17:45 17 aprel 2019

“Qarabağ” autsayderi, “Neftçi” debütantı sınağa çəkəcək

Sabah Topaz Premyer Liqasında XXV tura start veriləcək.

ONA-nın məlumatına görə, həttəiçi baş tutacaq turun qarşılaşmaları iki günü əhatə edəcək.

İlk oyun günündə iki qarşılaşma baş tutacaq. Premyer Liqada qalmaq uğrunda mübarizə aparan komandalar iddialı rəqibləri önünə çıxacaqlar.

“Sumqayıt” öz meydanında “Səbail”lə görüşəcək. 3-cü pilləni itirmək təhlükəsi ilə üzləşməmək üçün qonaqlar mütləq qalib gəlməlidir. Sumqayıtlılar isə xal itkisi ilə son sıraya yuvarlanmaq ehtimalı ilə üzləşəcək.

Çempionatın autsayderi “Keşlə” liderin qonağı olacaq. Qızıl medallar uğrunda mübarizə aparan “Qarabağ” üstünlüyünü əldən verməmək üçün paytaxt təmsilçisi ilə görüşdən itkisiz ayrılmalıdır.

İkinci oyun günü Qəbələdə başlayacaq. Şəhərin eyniadlı komandası “Zirə”ni sınağa çəkəcək.

“Qırmızı-qaralar” üçüncü yer uğrunda mübarizə apardığından turu itkisiz keçməlidir. Paytaxt təmsilçisi isə ən azı bir neçə saatlıq 5-ci sıraya yüksəlmək imkanına malikdir.

Tura paytaxt derbisi ilə yekun vurulacaq. Çempionluq şansını qoruyan “Neftçi” “Sabah”la görüşəcək. Debütant üçün bu matç 5-ci pilləni qorumaq baxımından əhəmiyyət kəsb edir. “Ağ-qaralar” isə qızıl medallar uğrunda mübarizədə taleyini başqalarına bağlamamaq üçün mütləq qalib gəlməlidir.

Qeyd edək ki, növbəti – XXVI turun oyunları aprelin 27-də keçiriləcək.

Topaz Premyer Liqası
XXV tur
18 aprel (cümə axşamı)

“Sumqayıt” – “Səbail”
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
“Kapital Bank Arena”, 16:45

“Qarabağ” – “Keşlə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

19 aprel (cümə)

“Sabah” – “Neftçi”
Hakimlər: Rövşən Rəcəbov, Mübariz Haşımov, Yaşar Abbasov, Səbuhi Bayramov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Seymur Səlimli
“Əlincə Arena”, 18:30

“Qəbələ” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəşad Əhmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu, 16:00

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

24

16

6

2

52-19

54

2

Neftçi

24

15

7

2

43-19

52

3

Səbail

24

10

5

9

29-27

35

4

Qəbələ

24

8

9

7

27-26

33

5

Sabah

24

7

5

12

19-34

26

6

Zirə

24

6

7

11

23-34

25

7

Sumqayıt

24

5

5

14

18-38

20

8

Keşlə

24

5

4

15

23-37

19

Bombardir: Baqali Dabo ("Neftçi") - 11 qol.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR