• İDMAN

    19:49 5 may 2019

“Qarabağ” Azərbaycan çempionu olub, “Neftçi” və “Səbail” mükafatı təmin edib

Topaz Premyer Liqasında 2018/19 mövsümünün bütün mükafatçıları müəyyənləşib.

ONA-nın məlumatına görə, bu gün keçirilən XXVII turun başa çatan qarşılaşmalarından sonra həm qızıl, həm gümüş, həm də bürünc mükafatın sahibi rəsmiləşib.

Bu üzdən sonuncu – XXVIII tur mükafatlar baxımından formal xarakter daşıyacaq.

Ağdamın “Qarabağ” klubu öz meydanında “Səbail”lə görüşüb. 4:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri xal hesabını 63-ə çatdıraraq izləyiciləri üçün əlçatmaz olub. Bununla da Ağdam klubu ardıcıl 6-cı, ümumilikdə 7-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib.

2-ci pillədə qərarlaşan “Neftçi” Qəbələdə eyniadlı komandaya 3:1 hesabı ilə qalib gəlsə də, 58 xala malik Roberto Bordinin yetirmələri çempionluq şansını itiriblər. Gümüş medalı təmin edən bakılılar tarixində 17-ci dəfə mükafat qazanmaqla rekordlarını yeniləyiblər.

“Qəbələ”nin qalib gələ bilməməsi, əyalət klubunun bürünc medal şansının üzərindən xətt çəkib. Ardıcıl 5 mövsüm “üçlük”də yer alan Sənan Qurbanovun yetirmələri “Səbail”ə çatmaq imkanını qaçırıb.

“Səbail” isə uduzsa da, 3-cü yeri təmin edib. Aftandil Hacıyevin yetirmələri klub tarixində ilk dəfə Premyer Liqanın mükafatını qazanıb. Bakı klubu bunu bacaran 17-ci komanda kimi tarixə düşüb.

“Qarabağ” Çempionlar Liqasına, “Neftçi” və “Səbail” isə Avropa Liqasına vəsiqəni təmin edib. İlk dəfə qitə miqyaslı turnirlərdə oynayacaq sonuncular Azərbaycanı avrokuboklarda təmsil edəcək 19-cu klub olacaq.

mövsüm

çempion

II yer

III yer

1992

“Neftçi” (Bakı)

“Xəzər” (Sumqayıt)

“Turan” (Tovuz)

1993

“Qarabağ” (Ağdam)

“Xəzər” (Sumqayıt)

“Turan” (Tovuz)

1993/94

“Turan” (Tovuz)

“Qarabağ” (Ağdam)

“Kəpəz” (Gəncə)

1994/95

“Kəpəz” (Gəncə)

“Turan” (Tovuz)

“Neftçi” (Bakı)

1995/96

“Neftçi” (Bakı)

“Xəzri” (Bakı)

“Kəpəz” (Gəncə)

1996/97

“Neftçi” (Bakı)

“Qarabağ” (Ağdam)

“Xəzri” (Bakı)

1997/98

“Kəpəz” (Gəncə)

“Dinamo” (Bakı)

“Şəmkir”

1998/99

“Kəpəz” (Gəncə)

“Şəmkir”

“Neftçi” (Bakı)

1999/2000

“Şəmkir”

“Kəpəz” (Gəncə)

“Neftçi” (Bakı)

2000/01

“Şəmkir”

“Neftçi” (Bakı)

“Viləş” (Masallı)

2001/02

Yarımçıq qalıb

2002/03

Keçirilməyib

2003/04

“Neftçi” (Bakı)

“Şəmkir”

“Qarabağ” (Ağdam)

2004/05

“Neftçi” (Bakı)

“Xəzər Lənkəran”

“Karvan” (Yevlax)

2005/06

“Bakı”

“Karvan” (Yevlax)

“Neftçi” (Bakı)

2006/07

“Xəzər Lənkəran”

“Neftçi” (Bakı)

“Bakı”

2007/08

“İnter” (Bakı)

“Olimpik” (Bakı)

“Neftçi” (Bakı)

2008/09

“Bakı”

“İnter” (Bakı)

“Simurq” (Zaqatala)

2009/10

“İnter” (Bakı)

“Bakı”

“Qarabağ” (Ağdam)

2010/11

“Neftçi” (Bakı)

“Xəzər Lənkəran”

“Qarabağ” (Ağdam)

2011/12

“Neftçi” (Bakı)

“Xəzər Lənkəran”

“İnter” (Bakı)

2012/13

“Neftçi” (Bakı)

“Qarabağ” (Ağdam)

“İnter” (Bakı)

2013/14

“Qarabağ” (Ağdam)

“İnter” (Bakı)

“Qəbələ”

2014/15

“Qarabağ” (Ağdam)

“İnter” (Bakı)

“Qəbələ”

2015/16

“Qarabağ” (Ağdam)

“Zirə” (Bakı)

“Qəbələ”

2016/17

“Qarabağ” (Ağdam)

“Qəbələ”

“İnter” (Bakı)

2017/18

“Qarabağ” (Ağdam)

“Qəbələ”

“Neftçi” (Bakı)

2018/19

“Qarabağ” (Ağdam)

“Neftçi” (Bakı)

Səbail” (Bakı)

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR