• İDMAN

    22:24 26 avqust 2020

“Qarabağ” Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksəlib

Bu gün Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçını keçirib.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının II təsnifat mərhələsində Moldovanın “Şerif” klubunu qəbul edib.

Bir matçdan ibarət olan və azarkeşsiz keçirilən dueldə hesabı Qurban Qurbanovun yetirmələri açıb. Azərbaycan çempionu ilk yarının ortalarında Uroş Matiçin penalti zərbəsi ilə önə keçib. Az sonra qırmızı vərəqə alan qonaqlar azlıqda qalıblar.

İkinci hissədə Mahir Emreli fərqi artırıb. Bu, hücumçunun cari mövsümün ümumilikdə 3-cü oyunundakı 4-cü qolu olub. 10 futbolçu ilə qalan Moldova çempionu bu qollardan birinin əvəzini çıxa bilsə də, “Qarabağ” qələbə hesabını qoruya bilib.

Bununla da “Qarabağ” 2017/18 mövsümündə Çempionlar Liqasında, bir il sonra Avropa Liqasında olduğu kimi, yenə “Şerif”i mübarizədən kənarlaşdırıb. Ağdamlılar III təsnifat mərhələsinə yüksəlibsə, Tiraspol təmsilçisi Avropa Liqasına yollanıb.

Qeyd edək ki, “Qarabağ”ın III təsnifat mərhələsindəki rəqibi avqustun 31-də, pley-offdakı mümkün rəqibi isə sentyabrın 1-də keçiriləcək püşkatmada bəlli olacaq.

Çempionlar Liqası
II təsnifat mərhələsi
26 avqust
20:00. “Qarabağ” (Azərbaycan) – “Şerif” (Moldova) - 2:1
Qollar:
Uroş Matiç, 22 (pen.); Mahir Emreli, 63 - Kastaneda Velez, 78
Qırmızı vərəqə: Anatoli Abanq, 37

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 81. Kevin Medina, 77. Vild-Donald Gerye, 8. Uroş Matiç, 2. Qara Qarayev, 19. Filip Ozobiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 11. Mahir Emreli
Ehtiyat oyunçular: 12. Emil Balayev, 7. Kvabena Ovusu, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 29. Musa Qurbanlı, 44. Elvin Cəfərquliyev
Baş məşqçi: Qurban Qurbanov

“Şerif”: 1. Dumitru Seleadnik, 11. Andrey Peteleu, 15. Kristiano, 91. Usman Ndiaye, 70. Fatih Obilor, 55. Benedik Mioç, 3. Çarles Petro, 44. Andrey Lukiç, 18. Uilyam Parra Sinisterra, 77. Anatoli Abanq, 76. Qabriel Boban
Ehtiyat oyunçular: 33. Sergey Peşenko, 7. Andrey Blizniçenko, 8. Maks Veloso, 10. Kastaneda Velez, 14. Sebastian Dahlstrom, 43. Riçard Qadze, 16. Keston Jülien
Baş məşqçi: Zoran Zekiç

Hakimlər: Mikola Balakin, Viktor Matyaş, Sergey Pristupa, Andrey Kovalenko (hamısı Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

ONA

Teqlər:

SON XƏBƏRLƏR