Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.
APA-nın məlumatına görə, Azərbaycan çempionu növbəti mərhələyə vəsiqəni İrlandiya təmsilçisi “Dandolk”la görüşdə qazanıb.
Səfərdə 1:1 hesablı heç-heçə edən Qurban Qurbanovun yetirmələri II təsnifat mərhələsinin cavab qarşılaşmasını “Dalğa Arena”da keçiriblər. Ağdamlılar rəqibini 3:0 hesabı ilə məğlub ediblər.
“Qarabağ”a qələbəni yeni transferləri qazandırıblar. Xayme Romero hər hissədə bir qol vurubsa, fasilədən sonra Aylton Silva rəqib qapısına yol tapıb. I təsnifat mərhələsinin Albaniya “Partizani”si ilə duelində (0:0, 2:0) olduğu kimi yenə səfərdə heç-heçə edən komanda evdə quru hesabla qalib gəlib.
Beləliklə, III təsnifat mərhələsinə darmadağınla yüksələn “Qarabağ” ardıcıl 6-cı dəfə avrokubokların qrupuna düşmək uğrunda mübarizəni davam etdirəcək. Ağdam klubu növbəti raundda Kiprin APOEL komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 6-da və ya 7-də səfərdə, cavab görüşü 13-də Bakıda baş tutacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
31 iyul
21:00. “Qarabağ” (Azərbaycan) – “Dandolk” (İrlandiya) - 3:0
QOLLAR: Romero, 12, 87, Aylton, 76
Baş hakim: Svein Oddvar Moen
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 30. Abbas Hüseynov, 99. Queye Maqaye.
Baş məşqçi: Qurban Qurbanov.
Dandolk: 1. Qari Rocers, 2. Şon Qennon, 4. Şon Hor, 5. Kris Şilds, 7. Maykl Daffi, 9. Patrik Hoban (k), 10. Ceymi Makqrat, 11. Patrik Makeleni, 14. Deyni Messi, 21. Daniel Kliri, 44. Endi Boyl.
Ehtiyat oyunçular: 20. Aron Makkari, 8. Con Mauntni, 12. Corci Kelli, 16. Şon Murrey, 27. Daniel Kelli, 33. Din Jarvis.
Baş məşqçi: Vinsent Pert.
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 1:1