Bu gün Topaz Premyer Liqasında XIX tura yekun vurulub. ONA-nın məlumatına görə, ikinci oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk matçı Zirə İdman Kompleksinin stadionunda baş tutub. “Zirə” öz meydanında “Qəbələ”ni qəbul edib.
Oyunda vurulan hər iki qol fasilədən sonra qeydə alınıb. Öncə meydan sahiblərinin müdafiəçisi Bəxtiyar Həsənalızadə avtoqol müəllifi olub. “Zirə” yalnız matçın sonlarında məğlubiyyətdən qaçıb. Fil Dişi Sahilindən olan İsmael Fofana komandasına 1 xal qazandıran qola imza atıb.
Tur “ASK Arena”dakı qarşılaşma ilə yekunlaşıb. Son çempion “Qarabağ” “Keşlə”nin qonağı olub.
Oyunun taleyini bir qol həll edib. Matçın 16-cı dəqiqəsində fərqlənən Araz Abdullayevin qolu “Qarabağ”a 3 xal qazandırıb.
Qeyd edək ki, turun ilk günündə “Neftçi” “Sabah”ı üç cavabsız qolla məğlub edib, “Səbail” – “Sumqayıt” görüşündə isə hesab açılmayıb.
Topaz Premyer Liqası
XIX tur
3 mart (bazar)
“Zirə” – “Qəbələ” – 1:1
Qollar: Fofana İsmael, 87 - Bəxtiyar Həsənalızadə, 57 (ö.q.)
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Namiq Bəkirov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu, 15:00
“Keşlə” – “Qarabağ” – 0:1
Qol: Araz Abdullayev, 16
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Nahid Xasıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASK Arena”, 17:30
|
Bombardir: Baqali Dabo ("Neftçi") - 9 qol