• İDMAN

    14:16 5 aprel 2019

“Qarabağ” “Qəbələ”nin qonağı olacaq, “Neftçi” “Zirə” önünə çıxacaq

Sabah Topaz Premyer Liqasında XXIII tura start veriləcək.

ONA-nın məlumatına görə, turun görüşləri iki günü əhatə edəcək.

İlk oyun günündə iki qarşılaşma baş tutacaq. Tura autsayderlərin dueli ilə start veriləcək. Son iki sırada qərarlaşan “Keşlə” və “Sumqayıt” sonuncuların meydanında üz-üzə gələcək. Ayxan Abbasovun komandası son sıranı tərk etmək üçün mütləq qalib gəlməlidir. Paytaxt klubuna mövqeyini qorumaq üçün bir xal da kifayətdir.

Günə “Neftçi” və “Zirə” arasında Bakı derbisi ilə yekun vurulacaq. Çempionatın lideri özünün ən qeyri-münasib rəqibini evdə qəbul edəcək. Roberto Bordinin yetirmələri mövqeyini itirmək təhlükəsi ilə üzləşməmək üçün qalib gəlməlidir. “Ağ-qaralar” uduzmasa, mükafat qazanan “üçlük”də yerini təmin edəcək, bununla da avrokuboklara vəsiqə qazanacaq.

Turun mərkəzi oyunu aprelin 7-də keçiriləcək. Son çempion “Qarabağ” “Qəbələ”nin qonağı olacaq. Cari mövsüm rəqibindən xal ala bilməyən Sənan Qurbanovun yetirmələri bürünc medal uğrunda mübarizədə çətin duruma düşməmək üçün qalib gəlməlidir. Ağdam klubu isə çempionluq mübarizəsində itkisiz irəliləməlidir. Qurban Qurbanovun yetirmələri ilk iki yerdən birini təmin edə bilər.

Bunun üçün Ağdam klubu qələbə qazanmalı, “Səbail” isə xal itirməlidir. Paytaxt təmsilçisi Masazırda “Sabah”la görüşəcək. Mövsümün ikinci yarısında uğursuz çıxış edən Elşad Əhmədovun yetirmələri rəqibindən xal almaq əzmindədir. “Səbail” məğlub olsa, çempionluğa, digər oyunların nəticəsindən asılı olaraq isə ikinci yerə də nəzəri şanslarını da itirə bilər.

Qeyd edək ki, növbəti turun oyunları aprelin 13-14-də keçiriləcək.

Topaz Premyer Liqası
XXIII tur
6 aprel (şənbə)

“Sumqayıt” – “Keşlə”
Hakimlər: Orxan Məmmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rauf Cabarov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Kapital Bank Arena”, 16:00

“Neftçi” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Ələddin Ələkbərov
“Bakcell Arena”, 18:00

7 aprel (bazar)

“Qəbələ” – “Qarabağ”
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Kamal Umudlu
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Qəbələ şəhər stadionu, 14:00

“Sabah” – “Səbail”
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Əlincə Arena”, 16:30

N

Klublar

O

Q

H

M

T-F

X

1

Neftçi

22

14

6

2

37-15

48

2

Qarabağ

22

14

6

2

47-18

48

3

Səbail

22

10

4

8

26-22

34

4

Qəbələ

22

7

9

6

24-23

30

5

Sabah

22

6

5

11

16-30

23

6

Zirə

22

5

7

10

19-30

22

7

Keşlə

22

5

4

13

21-33

19

8

Sumqayıt

22

4

5

13

16-35

17

Bombardirlər: Baqali Dabo ("Neftçi"), Mahir Mədətov ("Qarabağ") - 9 qol.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR