Avropa Liqasında qrup mərhələsi start götürüb.
APA-nın məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan klubu “Qarabağ” da ilk matçına çıxıb.
A qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri İspaniyanın “Sevilya” klubu ilə qarşılaşıb. Azərbaycan çempionu La Liqanın liderini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib.
İlk dəqiqələrdən təşəbbüsə yiyələnən “Sevilya” əsas heyətlə oynamasa da, meydanda dominantlıq edib. Müdafiədə inamlı mübarizə aparan “Qarabağ”ın azsaylı hücumları da yaddaqalan olub.
İspaniya klubunun üstünlüyü yalnız ikinci hissədə hesabın açılması ilə nəticələnib. Cərimə zərbəsini ustalıqla yerinə yetirən Xavyer Ernandes hesabı açıb.
Hissənin sonlarında “Sevilya” fərqi iki topa çatdırıb. Bu dəfə Munir Asmir Beqoviçi məyus edib. Ardınca isə Oliver Torres də fərqlənmək imkanı tapıb. Beləliklə, “Qarabağ” qrup mərhələsinə böyükhesablı məğlubiyyətlə başlayıb – 0:3.
Qeyd edək ki, A qrupunun digər matçı Kiprdə baş tutub. APOEL öz meydanında Lüksemburq təmsilçisi “Düdelanj”a 3:4 hesabı ilə uduzub.
Avropa Liqası
Qrup mərhələsi
I tur
19 sentyabr
A qrupu
20:55. “Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya) - 0:3
Qollar: Xavyer Ernandes, 62, Munir, 78, Torres, 85
Baş hakim: Yevgeni Aranovski (Ukrayna)
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Xayme Romero, 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 99. Maqaye Geye
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 14. Rəşad Sadıqov, 18. İsmayıl İbrahimli, 23. Fayçal Rerras
Baş məşqçi: Qurban Qurbanov
Sevilya: 1. Tomaş Vatslik, 11. Munir, 12. Jül Kunde, 14. Xavyer Ernandes, 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero (k), 20. Dieqo Karlos, 21. Oliver Torres, 22. Franko Vaskes, 24. Joan Jordan
Ehtiyat oyunçular: 13. Yassin Bouno, 3. Serxi Qomes, 7. Runu Lopes, 9. Munas Dabbur, 10. Ever Baneqa, 23. Serxio Reqilon, 25. Fernando Rejes
Baş məşqçi: Xulen Lopeteqi
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu
1 |
Sevilya |
1 |
1 |
0 |
0 |
3-0 |
3 |
2 |
Düdelanj |
1 |
1 |
0 |
0 |
4-3 |
3 |
3 |
APOEL |
1 |
0 |
0 |
1 |
3-4 |
0 |
4 |
Qarabağ |
1 |
0 |
0 |
1 |
0-3 |
0 |
***
Saat. 22:45
Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçirilən “Qarabağ” (Azərbaycan) - "Sevilya" (İspaniya) oyununda üçüncü qol vurulub.
APA-nın məlumatına görə, qarşılaşmanın 85-ci dəqiqəsində qonaqlar daha bir dəfə fərqləniblər. Torres ispanların 3-cü qolunu vurub.
***
Saat. 22:31
Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçirilən “Qarabağ” (Azərbaycan) - "Sevilya" (İspaniya) oyununda hesab dəyişib.
APA-nın məlumatına görə, Bakıda keçirilən matçın 78-ci dəqiqəsində qonaqlar Ağdam klubunu ikinci dəfə cəzalandırıblar. Bu dəfə Munir baxımlı qola imza atıb.
***
Saat. 22:16
Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçirilən “Qarabağ” (Azərbaycan) - "Sevilya" (İspaniya) oyununda hesab açılıb.
APA-nın məlumatına görə, Bakıda keçirilən matçın 62-ci dəqiqəsində qonaqlar cərimə zərbəsindən fərqləniblər. Xavyer Ernandes qapını dəqiq nişan alıb - 1:0
***
Saat. 21:57
Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçirilən “Qarabağ” (Azərbaycan) - "Sevilya" (İspaniya) oyununda ikinci hissə başlayıb.
APA-nın məlumatına görə, Bakıda keçirilən matçın ilk 45 dəqiqəsində komandalar fərqlənə bilməyiblər.
***
Saat. 21:45
Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçirilən “Qarabağ” (Azərbaycan) - "Sevilya" (İspaniya) oyununda fasilə yaranıb.
APA-nın məlumatına görə, Bakıda keçirilən matçın ilk 45 dəqiqəsindən sonra hesab açılmayıb - 0:0.
***
Saat. 20:58
Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilir.
APA-nın məlumatına görə, I turun ilk oyunlarından biri Bakıda keçirilir.
Ardıcıl 6-cı dəfə avrokubokların qrupunda mübarizə aparan Azərbaycan çempionu “Qarabağ” da növbəti sınağına çıxıb. Baş məşqçi Qurban Qurbanovun yetirmələri ikinci dərəcəli klub turnirinin əsas raunduna ev matçı ilə başlayır.
Ağdam təmsilçisi İspaniyanın “Sevilya” komandası ilə üz-üzə gəlir. Matç Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionundakı keçirilir.
Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında başladığı cari mövsümdə Albaniya “Partizani”si (0:0, 2:0), İrlandiya “Dandalk”ı (1:1, 3:0) və Kipr APOEL-i (2:1, 0:2) ilə üz-üzə gəlib. Avropa Liqasının pley-offunda səfər qolları sayəsində Şimali İrlandiyanın “Linfild” (2:3, 2:1) klubunu mübarizədən kənarlaşdırıb.
Avropa Liqası
Qrup mərhələsi
I tur
19 sentyabr
A qrupu
20:55. “Qarabağ” (Azərbaycan) – “Sevilya” (İspaniya)
Baş hakim: Yevgeni Aranovski (Ukrayna)
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Xayme Romero, 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 99. Maqaye Geye
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 14. Rəşad Sadıqov, 18. İsmayıl İbrahimli, 23. Fayçal Rerras
Baş məşqçi: Qurban Qurbanov
Sevilya: 1. Tomaş Vatslik, 11. Munir, 12. Jül Kunde, 14. Xavyer Ernandes, 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero (k), 20. Dieqo Karlos, 21. Oliver Torres, 22. Franko Vaskes, 24. Joan Jordan
Ehtiyat oyunçular: 13. Yassin Bouno, 3. Serxi Qomes, 7. Runu Lopes, 9. Munas Dabbur, 10. Ever Baneqa, 23. Serxio Reqilon, 25. Fernando Rejes
Baş məşqçi: Xulen Lopeteqi
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu