Topaz Premyer Liqasında çıxış edən “Qarabağ” və “Neftçi”nin futbolçuları Haiti milli komandasına çağırılıblar.
ONA-nın məlumatına görə, Ağdam təmsilçisinin müdafiəçisi Donald Gerye və bakılıların yarımmüdafiəçisi Soni Mustivar yığmanın 40 nəfərlik heyətində yer alıb.
Onlar komandalarının KONKAKAF Qızıl kubokuna hazırlıq prosesində iştirak edəcəklər. Baş məşqçi Mark Kollat toplanış müddətində ABŞ, Yamayka və Kosta-Rikanın birgə ev sahibliyi edəcəyi turnirə yollanacaq “23-lüy”ü müəyyənləşdirəcək.
Qeyd edək ki, iyunun 15-də start götürəcək yarışda Haiti yığması B qrupunda Kosta-Rika, Nikaraqua və Bermud adaları ilə mübarizə aparacaq.