Topaz Premyer Liqasında XXIV tura start verilib.
ONA-nın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk matçında “Zirə” “Sumqayıt”ı qəbul edib. Təhlükəli zonadan uzaqlaşmaq üçün mübarizə aparan komandaların görüşündə meydan sahibləri qələbə qazanıb. Hər hissədə bir dəfə qol sevinci yaşayan bakılılar rəqibi ilə xal fərqini 5-ə çatdırıb.
Son illərin çempionu “Qarabağ” öz meydanında “Sabah”ı sınağa çəkib. Qış fasiləsindən sonra əvvəlki oyununu göstərə bilməyən debütant rəqibin hücumları qarşısında tab gətirməyib. Böyükhesablı qələbə qazanan Ağdam klubu ən azı bir günlük zirvəni ələ keçirib.
Qeyd edək ki, tura sabah keçiriləcək “Səbail” – “Neftçi” və “Keşlə” – “Qəbələ” oyunları ilə yekun vurulacaq.
Topaz Premyer Liqası
XXIV tur
13 aprel (şənbə)
“Zirə” – “Sumqayıt” – 2:0
Qollar: Xulio Sezar Rodrigez, 33; İlkin Qırtımov, 90+2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Zirə İdman Kompleksinin stadionu, 16:00
“Qarabağ” – “Sabah” – 3:0
Qollar: Riçard Almeyda, 10, Filip Ozobiç, 65, Mahir Mədətov, 77
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tofiq Bəhramov adına Respublika Stadionu, 18:30
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
1 |
Qarabağ |
24 |
16 |
6 |
2 |
52-19 |
54 |
2 |
Neftçi |
23 |
15 |
6 |
2 |
41-17 |
51 |
3 |
Səbail |
23 |
10 |
4 |
9 |
27-25 |
34 |
4 |
Qəbələ |
23 |
7 |
9 |
7 |
25-25 |
30 |
5 |
Sabah |
24 |
7 |
5 |
12 |
19-34 |
26 |
6 |
Zirə |
24 |
6 |
7 |
11 |
23-34 |
25 |
7 |
Sumqayıt |
24 |
5 |
5 |
14 |
18-38 |
20 |
8 |
Keşlə |
23 |
5 |
4 |
14 |
22-35 |
19 |
Bombardir: Baqali Dabo ("Neftçi") – 11 qol.