Bu gün Topaz Premyer Liqasında XX tura start verilib. ONA-nın məlumatına görə, ilk oyun gününün hər iki matçı Bakıda baş tutub.
Turnir cədvəlinin ikinci yarısında qərarlaşan “Keşlə” və “Sabah” “ASK Arena”da üz-üzə gəliblər. Qarşılaşma meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0. “Keşlə”nin heyətində qol hesabını açan futbolçular Conatan Ayite iki, Cabir Əmirli bir dəfə rəqib qapısına yol tapıb.
Digər görüşdə son 5 mövsümün çempionu “Qarabağ” “Zirə”ni sınağa çəkib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb. “Neftçi” ilə qızıl medallar uğrunda mübarizə aparan Ağdam klubu iki xal itirsə də, əldə etdiyi bir xalla ən azı bir günlük liderliyə yüksəlib.
Qeyd edək ki, tura sabah yekun vurulacaq. “Qəbələ” öz meydanında “Səbail”lə, “Sumqayıt” isə evdə “Neftçi” ilə görüşəcək.
Topaz Premyer Liqası
XX tur
9 mart (şənbə)
“Keşlə” – “Sabah” – 3:0
Qollar: Conatan Ayite, 27, 47; Cabir Əmirli, 67
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Eyyub İbrahimov, Namiq Bəkirov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASK Arena”, 16:00
“Qarabağ” – “Zirə” – 0:0
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Tofiq Bəhramov adına Respublika stadionu, 18:30
|
Bombardir: Baqali Dabo ("Neftçi") - 9 qol