Topaz Premyer Liqasında XVIII tura start verilib. ONA-nın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub. Hər iki matç heç-heçə başa çatıb. İlk görüş Qəbələdə baş tutub. Eyniadlı komanda “Keşlə”ni qəbul edib. Oyun 0:0 hesabı ilə nəticələnib.
Günün ikinci qarşılaşması “Əlincə Arena”da keçirilib. Son çempion “Qarabağ” Premyer Liqanın debütantı “Sabah”ın qonağı olub. Ağdam klubu matçın 19-cu dəqiqəsində hesabı açıb. Azərbaycana qayıtdıqdan sonra ilk qolunu vuran Reynaldo Silva meydan sahiblərini məyus edib. Paytaxt təmsilçisi 72-ci dəqiqədə hesabda tarazlıq yaradıb. “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov topu öz qapısından keçirib. Bu qoldan 6 dəqiqə sonra “Sabah” azlıqda qalsa da, hesabı qorumağa müvəffəq olub. Bu heç-heçədən sonra xal hesabını “Neftçi”yə çatdıran “Qarabağ” şəxsi oyunların nəticələrinə görə 2-ci pillədə qalıb.
Qeyd edək ki, tura sabah keçiriləcək “Neftçi” – “Səbail” və “Sumqayıt” – “Zirə” matçları ilə yekun vurulacaq.
Topaz Premyer Liqası
XVIII tur
23 fevral (şənbə)
“Qəbələ” – “Keşlə” – 0:0
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rəhim Həsənov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu, 14:00
“Sabah” – “Qarabağ” – 1:1
Qollar: Bədavi Hüseynov, 72 (ö.q.), Reynaldo Silva, 19
Qırmızı vərəqə: Erik Ramos, 78
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Əli Cəbrayılov, Rauf Allahverdiyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Asif Əliyev
“Əlincə Arena”, 16:30
|
Bombardirlər: Baqali Dabo ("Neftçi"), Mahir Mədətov ("Qarabağ"), Marko Deviç ("Sabah") -7 qol