“Qarabağ”ın 9 futbolçusu rəmzi komandaya daxil edilib
  • İDMAN

  • 12:56 23 Aprel 2019

“Qarabağ”ın 9 futbolçusu rəmzi komandaya daxil edilib

Topaz Premyer Liqasının XXV turunun rəmzi komandası açıqlanıb.

ONA-nın məlumatına görə, “InStat” şirkətinin təhlilinə əsasən tərtib olunan “11-lik”də “Qarabağ”ın 9 futbolçusu yer alıb. Abdullah Zubir isə turun oyunçusu seçilib.

Rəmzi komandada digər iki oyunçu “Neftçi” və “Səbail”i təmsil edir.

Qapıçı: Səlahət Ağayev (“Neftçi”)-10
Müdafiəçilər: Maksim Medvedev (“Qarabağ”)-4, Rəşad Sadıqov (“Qarabağ”)-2, Bədavi Hüseynov (“Qarabağ”)-6, Abbas Hüseynov (“Qarabağ”)-5
Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”)-9, Riçard Almeyda (“Qarabağ”)-5, Markos Madera (“Qarabağ”)-6, Dani Kintana (“Qarabağ”)-8
Hücumçular: Oke Akpoveta (“Səbail”), Mahir Mədətov (“Qarabağ”)-8

Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.

Tahir Hümmətov

Teqlər: rəmzi komanda Qarabağ

OXŞAR XƏBƏRLƏR