Azərbaycan çempionu “Qarabağ”ın mövsümlərarası fasilədə keçirəcəyi yoxlama oyunlarının vaxtı və rəqib komandalar müəyyənləşib.
ONA-nın məlumatına görə, iyunun 18-də yay təlim-məşq toplanışı üçün Avstriyaya yola düşəcək Qurban Qurbanovun yetirmələri 4 yoxlama oyunu keçirəcək.
Ağdam klubu ilk matçında iyunun 22-də Bolqarıstan təmsilçisi “Lüdoqorets”ə qarşılaşacaq. 3 gün sonra Rumıniyanın “Krayova”s; ilə görüşəcək “Qarabağ” ayın 28-də Rusiya “Ufa”sı, iyulun 2-də Çexiya “Viktoriya”sı ilə üz-üzə gələcək.