• İDMAN

    00:19 20 avqust 2020

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələdəki rəqibi dəqiqləşib

"Qarabağ"ın Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsindəki rəqibi bəlli olub.

Apasport.az saytının məlumatına görə, buna Tiraspolda keçirilən "Şerif" (Moldova) - "Fola" (Lüksemburq) qarşılaşmasının nəticəsi aydınlıq gətirib.

Rəqibi üzərində 2:0 hesabı ilə qalib gələn "Şerif" II raunda yüksəlib. Komandanın heyətində qollara Anatole Abanq (36-cı dəq.) və Andrey Lukiç (80) imza atıb. Bununla da ÇL-də mübarizəni davam etdirən Moldova klubu II təsnifat mərhələsində "Qarabağ"a rəqib olub. Bu komandalar arasında görüş avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. "Fola" isə çıxışını Avropa Liqasında davam etdirəcək.

Qeyd edək ki, "Qarabağ" dünən I raundda Şimali Makedoniya "Sileks"ini üstələyib - 4:0.

ONA

Teqlər:

SON XƏBƏRLƏR