Topaz Premyer Liqasının XXIV turunun rəmzi komandası və ən yaxşı futbolçusu açıqlanıb.
ONA-nın məlumatına görə, “İnstat” şirkətinin təhlilinə əsasən “Qarabağ”ın futbolçusu Riçard Almeyda ən yaxşısı seçilib.
Turun “11-liy”ində yalnız üç komanda təmsil olunub. “Qarabağ”ın 7, “Qəbələ” və “Zirə”nin hərəsinin iki üzvü komandaya daxil edilib.
Qapıçı: Vaqner da Silva (“Qarabağ”)-3
Müdafiəçilər: Donald Qerye (“Qarabağ”)-6, Rəşad Sadıqov (“Qarabağ”), Bəxtiyar Həsənalızadə (“Zirə”)-2, İlkin Qırtımov (“Zirə”)-4
Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”)-8, Riçard Almeyda (“Qarabağ”)-4, Markos Madera (“Qarabağ”)-5, Davit Volkov (“Qəbələ”)-2
Hücumçular: Mahir Mədətov (“Qarabağ”)-7, Ceyms Adeniyi (“Qəbələ”)-7
Qeyd edək ki, futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.