• İDMAN

    17:13 29 iyul 2019

“Qarabağ”ın oyunu canlı yayımlanacaq

Ağdamın "Qarabağ" klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyunu canlı yayımlanacaq.

ONA-nın məlumatına görə, Azərbaycan çempionunun İrlandiyanın "Dandolk" klubu ilə ev görüşünü "CBC Sport" telekanalı azarkeşlərə nümayiş etdirəcək.

İyulun 31-də "Dalğa Arena"da keçiriləcək matç saat 21:00-da başlayacaq.

Qeyd edək ki, “Qarabağ”la “Dandolk” arasında iyulun 24-də keçirilən ilk görüş 1:1 hesabı ilə başa çatıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR