• İDMAN

    15:26 19 aprel 2019

“Qarabağ”ın rekordçusu: “Hələ elə də qoca deyiləm”

“Çox sevinirəm ki, “Qarabağ”ın heyətində 400 oyun keçirmişəm. Azərbaycanın ən güclü klubunda oynamaq hər kəsə nəsib olmur”.

ONA-nın məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Maksim Medvedev deyib.

Ağdam klubunun heyətində 400-cü oyununu keçirən 30 yaşlı müdafiəçi bu yubileylə bağlı fikirlərini “Qarabağ”ın mətbuat xidmətinə açıqlayıb: “13 ildir eyni komandada çıxış edirəm və çox sevindirici bir haldır. Gözləmirdim ki, simvolik formanı övladlarım mənə təqdim edəcək. Bu daha çox xoş oldu. Başqası formanı versəydi, sevinərdim, amma bu tam fərqli bir hissdir. Öz uşaqların gəlib sənə forma verəndə tamam başqa olur. Bu sürprizi çox bəyəndim. Çalışacağam ki, “Qarabağ”da oyunlarımın sayını çoxaldım. Hələ elə də qoca deyiləm. İnanıram ki, oynasam, bu rəqəmi daha da artıra bilərəm”.

Qeyd edək ki, Topaz Premyer Liqasının dünən keçirilən “Qarabağ” – “Keşlə” matçı (3:0) M.Medvedevin komandasının heyətində keçirdiyi ümumilikdə 400-cü oyun olub. Bu göstəricidə klubun rekordçusu olan müdafiəçi 12 qol vurub.

Tahir

Teqlər:

SON XƏBƏRLƏR