“Doqquz il “Qarabağ”da çıxış etdikdən sonra komandadan ayrılmaqla bağlı qərar vermək çətin idi”.
ONA-nın məlumatına görə, bunu “Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli deyib.
Albaniyalı müdafiəçi vətənində verdiyi müsahibədə Ağdam təmsilçisindən ayrılıb ABŞ-ın “Kosmos” klubuna keçidi barədə də danışıb: “Düzgün qərar vermək vaxtı idi. Təkcə ailəmin bir neçə ildir ABŞ-da yaşaması üçün deyil, futbolçu karyeramı bitirəndən sonrakı gələcəyimi fikirləşdiyim üçün addım atmalı idim. Yeni kluba keçidim mənə həm futbol oynamağa imkan verdi, həm də ailəmin yanında olmaq, vaxtımın onlarla keçirmək baxımından faydalıdır. ABŞ-da futboldan sonrakı gələcəyimin də hazırlığını görəcəyəm”.
Qeyd edək ki, A.Aqolli 9 il şərəfini qoruduğu “Qarabağ”da 316 oyun keçirib.