“Qarabağ”la “Səbail” autsayderlərə şans verməyib
  • İDMAN

  • 20:57 18 Aprel 2019

“Qarabağ”la “Səbail” autsayderlərə şans verməyib

Topaz Premyer Liqasında XXV tura start verilib.

ONA-nın məlumatına görə, ilk oyun günündə iki matç keçirilib.

Mükafatçılar sırasına düşmək uğrunda mübarizə aparan “Səbail” səfərdə “Sumqayıt”la qarşılaşıb. Autsayderlər qrupunda yer alan meydan sahiblərinin hesabı açdığı görüşdə paytaxt klubu əzmkar qələbə qazanıb. Bakılılar fasilədən sonra vurulan qollarla üç xala yiyələniblər.

Günün ikinci matçında turnir cədvəlinin əks-qütblərində qərarlaşan komandalar qarşılaşıblar. Çempionatın lideri “Qarabağ” öz meydanında son pillədə yer alan “Keşlə”ni qəbul edib. Ağdamlılar autsayderi 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura sabah keçiriləcək “Sabah” – “Neftçi” və “Qəbələ” – “Zirə” oyunları ilə yekun vurulacaq.

Topaz Premyer Liqası
XXV tur
18 aprel (cümə axşamı)
“Sumqayıt” – “Səbail” – 1:2

Qollar: Peyman Babayi, 14 // Ağabala Ramazanov, 52; Oke Akpoveta, 75
Qırmızı vərəqə: Tome Kitanovski, 58
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
“Kapital Bank Arena”, 16:45

“Qarabağ” – “Keşlə” – 3:0
Qollar: Simeon Slavçev, 18, Riçard Almeyda, 59 (pen.), Abdullah Zubir, 75
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

25

17

6

2

55-19

57

2

Neftçi

24

15

7

2

43-19

52

3

Səbail

25

11

5

9

31-28

38

4

Qəbələ

24

8

9

7

27-26

33

5

Sabah

24

7

5

12

19-34

26

6

Zirə

24

6

7

11

23-34

25

7

Sumqayıt

25

5

5

15

19-40

20

8

Keşlə

25

5

4

16

23-40

19

Bombardir: Baqali Dabo ("Neftçi") - 11 qol

Vüqar Xeyrullayev

Teqlər: Topaz Premyer Liqası Qarabağ Səbail

OXŞAR XƏBƏRLƏR